Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları dəyişdirilib

Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları dəyişdirilib
# 17 avqust 2012 14:01 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Azərbaycan Nazirlər Kabineti “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” qərarında dəyişikliklər edib. Qurumdan APA-ya verilən məlumata görə, Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyindəki Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin işçilərinin aylıq vəzifə maaşlarının sxeminə əsasən, idarə rəisi 385, idarə rəisinin müavini 280, baş mühasib, sektor müdiri 217, baş məsləhətçi 194, metodiki mərkəzin müdiri 188, aparıcı məsləhətçi 184, məsləhətçi 179 manat aylıq vəzifə maaşı alacaq. Baş mühasibin müavinin aylıq vəzifə maaşı 176, metodistinki 174 manatdır. Bölmə rəhbəri 171, böyük iqtisadçı, böyük mühasib 152, aparıcı mühasib 145, iqtisadçı, mühasib 140, kompüter üzrə mütəxəssis 116, katibə-makinaçı, sürücü, xadimə, fəhlə isə 105-130 manat aylıq vəzifə maaşı alacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR