Azərbaycan Dövlət Neft Şirkəti bu il yeni avrobond emissiyası həyata keçirməyəcək

Azərbaycan Dövlət Neft Şirkəti bu il yeni avrobond emissiyası həyata keçirməyəcək
# 10 aprel 2012 08:03 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) 2012-ci il ərzində avrobondların əlavə emissiyasını həyata keçirməyi planlaşdırmır. «APA-Economics»in məlumatına görə, bunu ARDNŞ-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bildirib.

Xatırladaq ki, bu il ARDNŞ London Fond Birjasında avrobondların debüt emissiyasını yerləşdirib. Avrobond buraxılışının ümumi həcmi 500 mln. dollar, gəlirlik illik 5,45% səviyyəsində müəyyən edilib. Avrobondların ödənilməsi müddəti 2017-ci ilə qədərdir.

Avrobondlara «Fitch» reytinq agentliyi tərəfindən «BBB-», «Moody’s» agentliyi tərəfindən isə «Ba1» reytinqi təyin edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR