İrana taxıl idxalında problem yaranıb

İrana taxıl idxalında problem yaranıb
# 04 fevral 2012 15:19 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. İran İslam Respublikasına taxıl məhsulları idxalında problem yaranıb. Fevralın 2-də İrana taxıl məhsulları gətirən 5 yük gəmisi malı boşaltmadan İmam Xomeyni limanını tərk edib. APA-nın məlumatına görə, buna səbəb Avropa Birliyinin İranın Mərkəzi Bankına və digər banklarına tətbiq etdiyi sanksiyadır. Belə ki, İran bu ölkəyə taxıl məhsullarını idxal edən şirkətlərə məhsulun pulunu ödəyə bilmir. Bu baxımdan gəmilər gətirdikləri malın pulunu ala bilmədiklərinə görə Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Sinqapura qayıdıb. Ümumilikdə son üç həftə ərzində İrana taxıl məhsulları gətirən 10 yük gəmisinin eyni səbəbdən bu ölkənin limanlarını gətirdikləri yüklə birlikdə tərk etdikləri bildirilir. Hazırda isə 10 yük gəmisinin İran tərəfi pulu ödəyə bilmədiyinə görə bir müddətdir bu ölkənin limanlarında lövbər saldığı və onlara malı boşaltmağa icazə verilmədiyi qeyd olunur.
Qeyd edək ki, İran banklarına sanksiya tətbiq edildiyindən son günlər bu ölkəyə şəkər tozu idxalında da problem yaranıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR