Azərbaycanda bank əmanətlərinin 62%-i sığortalanıb

Azərbaycanda bank əmanətlərinin 62%-i sığortalanıb
# 02 may 2012 10:40 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) 2012-ci ilin yanvar-mart aylarında 43 üzv bankdan topladığı təqvim haqlarının həcmi 1,838 mln. manat, 1,584 mln. dollar və 188 min avro təşkil edib.

ƏSF-dan «APA-Economics»ə verilən məlumata görə, aprelin 1-nə fiziki şəxslərin üzv banklarda olan cəmi əmanətləri 4,246 mlrd. manat, o cümlədən qorunmayan əmanətlər 1,622 mlrd. manat (38,2%), qorunan əmanətlər isə 2,624 mlrd. manat (61,8%) olub.

Bununla yanaşı, Fondun sığorta ehtiyatları 45,4 mln. manat, əmanətləri qorunan əmanətçilərin sayı isə 5 972 947 nəfərdir.

Qeyd edək ki, 2010-cu il iyunun 1-dən üzv banklarda illik 12%-dən yuxarı faiz dərəcəsi ilə yerləşdirilmiş əmanətlər Fond tərəfindən sığorta olunmur və onlara görə kompensasiya ödənilmir.

Xatırladaq ki, hazırda kompensasiyanın məbləğinin maksimum həddi 30 min manatdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR