Bakıda tikintidə ölüm hadisəsi baş verib

Bakıda tikintidə ölüm hadisəsi baş verib
# 09 avqust 2012 10:28 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Bakıda tikintidə ölüm hadisəsi baş verib. Bu barədə APA-ya Xətai rayon Polis İdarəsindən bildirilib.

Hadisə dünən baş verib. Xətai rayonu ərazisində tikilməkdə olan binada fəhlə işləyən Maarif Əlyarov binanın 3-cü mərtəbəsindən yıxılıb. Nəticədə o, aldığı xəsarətdən ölüb.

Faktla bağlı Xətai rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR