ABŞ-ın Azərbaycandakı səfiri Şəkidə olub

ABŞ-ın Azərbaycandakı səfiri Şəkidə olub
# 06 oktyabr 2012 09:00 (UTC +04:00)
Şəki. Vüqar Heydərov-APA. ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Azərbaycanın şimal-qərb bölgəsinə səfəri çərçivəsində Şəkidə olub. Şəki şəhər İcra Hakimiyyətindən (İH) APA-ya verilən məlumata görə, Şəki şəhər İH-də keçirilən görüşdə ABŞ səfirliyi ilə Şəki şəhəri arasında əlaqələrin daha da genişlənməsində belə görüşlərin əhəmiyyəti xüsusi vurğulanıb. Səfirə Şəkinin tarixi, mədəniyyəti, iqtisadiyyatı, kənd təsərrüfatı, əhalinin əsas məşğuliyyəti, turizm potensialı barədə ətraflı məlumat verilib. Səfir Riçard Morninqstar Azərbaycanda fəaliyyətə başladığı gündən Şəkiyə səfər etmək arzusunda olduğunu, hazırda bu şəhərdə olmağından məmnun olduğunu bildirib. Qonaq bu bölgəyə səfərin 4 gün davam edəcəyini diqqətə çatdırıb. Bildirilib ki, bu səfər qədim Şəki, eləcə də bu bölgə ilə daha yaxından tanış olmaq məqsədi daşıyır. Səfir ABŞ-ın ölkəmizdəki Sülh Korpusu könüllülərinin fəaliyyətinə göstərdiyi dəstəyə görə şəhər rəhbərliyinə minnətdarlığını bildirib. Görüşün sonunda səfir Riçard Morninqstara xatirə hədiyyəsi təqdim edilib.

Bölgəyə səfəri çərçivəsində ABŞ səfiri regionda fəaliyyət göstərən Sülh Korpusunun könüllüləri ilə görüşəcək, Çingiz Mustafayev adına klubda gənclərlə müzakirələr aparacaq, sənətkarlıq emalatxanalarına baş çəkəcək, habelə Şəki və Oğuz rayonunun tarixi-memarlıq abidələri ilə tanış olacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR