Bağdadda Ərəb Dövlətləri Liqasının zirvə toplantısı keçiriləcək

Bağdadda Ərəb Dövlətləri Liqasının zirvə toplantısı keçiriləcək
# 07 mart 2012 09:24 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova – APA. Martın 27-29-da Bağdadda Ərəb Dövlətləri Liqasının zirvə toplantısı keçiriləcək. Bu barədə APA-ya İraqın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Toplantının ilk günündə iqtisadiyyat nazirləri, ikinci günü xarici işlər nazirlərinin görüşləri keçiriləcək. Martın 29-da dövlət başçıları səviyyəsində yekun toplantı olacaq.

Sammitdə Suriya istisna olmaqla bütün ərəb ölkələri iştirak edəcək. Əsas müzakirə mövzusu Suriya olacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR