Ombudsman Aparatının əməkdaşları 17 saylı cəzaçəkmə müəssisəsinə başçəkmə həyata keçiriblər

Ombudsman Aparatının əməkdaşları 17 saylı cəzaçəkmə müəssisəsinə başçəkmə həyata keçiriblər
# 05 oktyabr 2012 15:40 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Ombudsmanın Milli Preventiv Mexanizm (MPM) qrupunun üzvləri Penitensiar Xidmətin 17 saylı cəzaçəkmə müəssisəsinə qısamüddətli başçəkmə həyata keçiriblər.

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, başçəkmə zamanı təcridxanada saxlanılan 14 məhkumla təklikdə söhbət aparılıb. Onlar saxlanma şəraitindən şikayət etməyiblər. Eyni zamanda bəzi məhkumlar suyun fasilələrlə verilməsindən, sıxlıqdan və müəssisədə telefon xəttinin az olmasından şikayət ediblər. MPM qrupunun üzvləri müəssisə rəhbərliyinə şəraitin daha da yaxşılaşdırılması üçün tövsiyələr veriblər.

Başçəkmənin nəticələri ilə bağlı ombudsman Ədliyyə Nazirliyinə müraciət edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR