Daha bir qrup şəxs Kinematoqrafçılar İttifaqını tərk edib

Daha bir qrup şəxs Kinematoqrafçılar İttifaqını tərk edib
# 23 avqust 2012 13:59 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Bir qrup kinematoqrafçı Rüstəm İbrahimbəyovun sədrlik etdiyi Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) tərk edib. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqından APA-ya verilən məlumata görə, onlar Şəfiqə Məmmədovanın rəhbərlik etdiyi yeni Kinematoqrafçılar İttifaqına (ARKİ) üzv olmaq üçün ərizə ilə müraciət ediblər.

AKİ-ni tərk edən kino işçiləri arasında əməkdar incəsənət xadimi Fuad Vəlixanov, əməkdar artisti Zemfira Sadıqova, əməkdar mədəniyyət işçisi Adil Abbasov, kinoşünas Əlisəftər Hüseynov, rejissor Miri Rzayev, operator Mətləb Yaqubov, rejissor Nazim Yüzbaşov, prodüser Nadir Əzməmmədov, icraçı prodüser Akif Əliyev var.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR