«Paşa Bank» aktivləri son bir ildə 22% artıb

«Paşa Bank» aktivləri son bir ildə 22% artıb
# 10 aprel 2012 13:30 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Paşa Bank» ASC-nin aktivlərinin həcmi 2012-ci il aprelin 1-nə 619,849 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 22% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 48% artaraq 283,676 mln. manat olub. Bankın depozit portfelinin həcmi 23% artaraq 402,588 mln. manat, o cümlədən müddətli depozitlər 35% artaraq 213,813 mln. manat, tələb olunanadək depozitlər 12% artaraq 188,775 mln. manat təşkil edib.

Bu müddət ərzində bankın məcmu kapitalı təxminən 9,6% artaraq 150,237 mln. manata, o cümlədən nizamnamə kapitalı 10,8% artaraq 136,869 mln. manata çatıb.

Bu ilin yanvar-mart ayları ərzində bankın ümumi gəlirləri 35% artaraq 13,430 mln. manat, o cümlədən faiz gəlirləri 11,530 mln. manat, qeyri-faiz gəlirləri 1,899 mln. manat olub.

Eyni zamanda, bankın faiz xərcləri 7,6% artaraq 3,582 mln. manat, əməliyyat xərcləri 2,566 mln. manat, işçilər üzrə xərclər isə 1,630 mln. manat olub. Nəticədə, bu ilin I rübündə bankın xalis mənfəəti 4,565 mln. manat təşkil edib.

Xatırladaq ki, «Paşa Holding» Şirkətlər Qrupuna daxil olan «Paşa Bank» ASC 2007-ci ilin noyabr ayından fəaliyyət göstərir. Cari ilin aprelin 1-nə bankın 160 işçisi, 2 şöbəsi, 10 bankomatı və 3 734 aktiv plastik kartı olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR