İran ordusunun kiber bölməsi ABŞ-ın hücumlarına cavab verməyə hazırlaşır

İran ordusunun kiber bölməsi ABŞ-ın hücumlarına cavab verməyə hazırlaşır
# 26 iyul 2012 12:12 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. İran ABŞ-ın kiber hücumlarına çox sərt şəkildə cavab verəcək. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bunu İran Silahlı Qüvvələrinin Kiber bölməsi açıqlayıb. Məlumatda bildirilir ki, ABŞ İrana qarşı kiber hücumlarını davam etdirəcəyi təqdirdə, bunun rəsmi Vaşinqton üçün kompensasiyası mümkün olmayan nəticələrlə üzləşdirəcək: “ABŞ İranın nüvə obyektlərinə qarşı kiber hücumlarını davam etdirərsə, İran qətiyyətlə onları peşman edəcək. ABŞ-ın təhdidə qarşı təhdid doktrinasını ciddi olaraq ələ alması lazımdır. Çünki İran hərbi baxımdan çox güclüdür və düşmənlərinin hər cür macəraçılığına qarşı qəti cavab verəcək”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR