Nuşirəvan Məhərrəmli: “Çox istərdik ki, aparıcılar biliyi, dünyagörüşü baxımdan mükəmməl olsunlar”

Nuşirəvan Məhərrəmli: “Çox istərdik ki, aparıcılar biliyi, dünyagörüşü baxımdan mükəmməl olsunlar”
# 03 oktyabr 2012 08:38 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. “Televiziya aparıcılarının Azərbaycan ədəbi dilindən imtahan verərək işə götürülməsi bir təklifdir”. APA-nın xəbərinə görə, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli jurnalistlərə açıqlamasında deyib: “Biz çox istərdik ki, aparıcılar biliyi, dünyagörüşü baxımdan mükəmməl olsunlar. Bu sahədə irəliləyişlər və yoxlamalar olacaqsa, buna ancaq sevinərik. Ancaq qanunvericilik buna elə imkan vermir ki, aparıcıları imtahan keçirərək işə qəbul edək”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR