Yığmamız London Olimpiadasına Bolqarıstanda hazırlaşacaq

Yığmamız London Olimpiadasına Bolqarıstanda hazırlaşacaq
# 04 iyun 2012 15:05 (UTC +04:00)
Bakı – APA. Yunan-Roma güləşi üzrə böyüklərdən ibarət Azərbaycan yığması London Yay Olimpiya Oyunlarına hazırlıq məqsədi ilə bu gün Bolqarıstana yola düşüb. Güləş Federasiyasından apasport.az saytına verilən məlumata görə, pəhləvanlarımız 18 gün ərzində Belmeken şəhərində təşkil olunacaq təlim-məşq toplanışında iştirak edəcəklər.

Heyətə London Yay Olimpiya Oyunlarına vəsiqə qazanmış bütün idmançılarımız daxil edilib. Baş məşqçi Salih Bora, böyük məşqçi Şaban Donat, məşqçilər Mutalib Yerlikaya və Turac Hüseynlinin rəhbərliyi altında Bolqarıstanda Rövşən Bayramov, Elçin Əliyev və Eldəniz Əzizli (hər üçü 55 kq), Həsən Əliyev, Kamran Məmmədov və Sakit Cəlilov (hər üçü 60 kq), Azad Əliyev (66 kq), Emin Əhmədov, Rafiq Hüseynov və Elvin Mürsəliyev (hər üçü 74 kq), Saman Təhmasibi və Həmzət Yusubov (hər ikisi 84 kq), Şalva Qadabadze (96 kq) və Radomir Petkoviç (120 kq) hazırlıq prossesi keçəcəklər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR