ABŞ Konqresinin Nümayəndələr palatası İrana qarşı sanksiyaların sərtləşdirilməsinə səs verib

ABŞ Konqresinin Nümayəndələr palatası İrana qarşı sanksiyaların sərtləşdirilməsinə səs verib
# 02 avqust 2012 04:47 (UTC +04:00)
Bakı-APA. ABŞ Konqresinin Nümayəndələr palatası İrana qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsinə səs verib.

Təşəbbüsün lehinə 421 parlamentari səs verib, 6 nəfər isə əleyhinə olub.

Nümayəndələr palatasının xarici işlər üzrə komitəsinin sədri İleana Ros-Leytinenin bildirdiyinə görə, sənəd İranın energetika sektorunu və onlarla iş görən xarici şirkətləri «qara siyahı»ya daxil edir.

Bundan əlavə, qanun layihəsi İranla biznesi olan maliyyə institutları, gəmiçilik şirkətləri və sığortaçılara yeni və genişlənmiş sanksiyalar tətbiq etməyə imkan verir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR