Milli Məclisin iclasında Etibar Hüseynovla Sabir Rüstəmxanlı arasında mübahisə baş verib

Milli Məclisin iclasında Etibar Hüseynovla Sabir Rüstəmxanlı arasında mübahisə baş verib
# 01 oktyabr 2012 13:43 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. “Biz deputatların nə maaşı fərlidir, nə də döş nişanımız”. APA-nın xəbərinə görə, bunu Milli Məclisin iclasında deputat Etibar Hüseynov deyib.

O, deputat nişanlarının bərbad vəziyyətdə olduğunu vurğulayıb: “İndi dünyada hansı deputatların nişanları sancaqlı olur? Mən bu nişandan xəcalət çəkirəm”.

Deputat Sabir Rüstəmxanlı isə E.Hüseynova sərt cavab verib. O, 24 ildir taxdığı deputat nişanı ilə qürur duyduğunu bildirib: “Kimsə indiki Milli Məclisin deputat nişanından xəcalət çəkirsə, bu nişan təsadüfən onun sinəsindədir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR