Nazir: “Azərbaycanda yararlı torpaq sahələri gündən-günə azalır”

Nazir: “Azərbaycanda yararlı torpaq sahələri gündən-günə azalır”
# 21 aprel 2012 09:00 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Azərbaycanda səhralaşma ən ciddi ekoloji problemlərdən biridir. Ona görə ki, Azərbaycan ərazisi o qədər böyük deyil, yararlı torpaqlar da azdır”.

APA-nın məlumatına görə, bunu ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov jurnalistlərə açıqlamasında deyib. Nazir deyib görə, ölkədə yararlı torpaq sahələri gündən-günə azalır. Buna əsas səbəb Azərbaycanda mal-qaranın artımıdır: “Hazırda meşə fondu ərazilərinə mal-qara buraxılmır. Buna görə də problemlə bağlı yaxşılığa doğru dönüş əmələ gəlib. Bununla belə, demək olmaz ki, səhralaşma problemi tamam aradan qalxıb. Azərbaycanda səhralaşma ilə bağlı görüləcək çox iş var. Bununla əlaqədar müvafiq Dövlət Proqramı da qəbul olunub”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR