Mingəçevirdə baş verən avtoqəzada bir nəfər ölüb, iki nəfər ağır xəsarət alıb

Mingəçevirdə baş verən avtoqəzada bir nəfər ölüb, iki nəfər ağır xəsarət alıb
# 26 avqust 2012 18:28 (UTC +04:00)
Şəhər Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün saat 16:00 radələrində Mingəçevir şəhərinin Gəncə şossesində qeydə alınıb.

Yevlax rayon sakini, 1957-ci il təvəllüdlü Nəsib Həmzəyevin idarə etdiyi 45-BE-132 dövlət nömrə nişanlı “KaMAZ” markalı yük maşını qarşı tərəfdən gələn Mingəçevir sakini, 1978-ci il təvəllüdlü Afiq Bayramovun idarə etdiyi 66-BH-661 dövlət nömrə nişanlı “VAZ 21011” markalı minik maşını ilə toqquşub.

Nəticədə “VAZ 21011”in sürücüsü A.Bayramov dünyasını dəyişib, sərnişinləri Elçin Orucov və Vaqif İsgəndərov ağır dərəcəli bədən xəsarətləri ilə Mingəçevir Mərkəzi şəhər Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR