Kanada 2011-ci ildə neft ixracını 9% artırıb

Kanada 2011-ci ildə neft ixracını 9% artırıb
# 03 aprel 2012 08:24 (UTC +04:00)
Bakı - APA-Economics. Kanada 2011-ci ildə neft ixracını 9% artırıb. “APA-Economics”in “Reuters”ə istinadən xəbərinə görə, bu barədə ölkənin Milli Energetika Xidməti (National Energy Board) açıqlama yayıb.

Bildirilir ki, ötən il Kanadada gündəlik neft ixracının orta həcmi 1,96 mln. bareldən 2,14 mln. barelə yüksəlib. Artım Albert əyalətində səhralıqdan ağır neftin nəqlinin 11% (gündəlik 1,4 mln. bareldən 1,54 mln. barelə qədər) artması hesabına baş verib. Yüngül neftin nəqlində isə 5,%% artım qeydə alınıb.

Qeyd edək ki, 2001-ci ildən bəri Kanada neft ixracını 2 dəfə artırıb. Kanada neftinin əsas istehlakçısı olan ABŞ Albert-Texas neft kəmərinin tikintisi planlarından imtina etdiyi üçün Kanada hökuməti öz enerjidaşıyıcıları üçün alternativ bazarlar axtaracağını bəyan edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR