“Bakı” klubunda futbolçu problemi yaranıb

“Bakı” klubunda futbolçu problemi yaranıb
# 12 mart 2012 11:49 (UTC +04:00)
Bakı – APA. Premyer Liqanın XXIII turunda “İnter”ə 0:1 hesabı ilə uduzan “Bakı” klubunda oyunçu çatışmazlığı yaranıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Aleksandr Starkovla yollarını ayıran paytaxt təmsilçisi klubun təlim-məşq bazasındakı qarşılaşmada meydana buraxmağa 16 sahə oyunçusu tapmayıb.

Bu üzdən də matçın protokoluna cəmi 17 futbolçunun adı daxil edilib ki, onların da 3-ü qapıçıdır. Komandanı meydana çıxaran məşqçi Novruz Əzimov Marko Şarliyaya qapıda yer veribsə, digər qapıçılar Aqil Məmmədovla Sissokonu ehtiyatda saxlayıb. Qarşılaşma boyu cəmi 2 futbolçu dəyişikliyi edən məşqçi lazım olacağı halda, Məmmədov və ya Sissokonu sahə oyunçusu kimi də buraxa bilərmiş. Lakin çalışdırıcı buna ehtiyac duymayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR