Avropa fond indeksləri enib

Avropa fond indeksləri enib
# 30 oktyabr 2012 06:36 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Avropa fond bazarlarında oktyabrın 29-da FTSE 100 indeksi 0,2% - 5 795 bəndədək, Almaniya DAX-ı 0,4% - 7 203 bəndədək, Fransa CAC-40-ı 0,8% - 3 409 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond indekslərinin dinamikasına bankların və neft şirkətlərinin kotirovkalarının enməsi təsir edib.

Oktyabrın 29-da «Sendi» qasırğasına görə Nyu-York Fond Birjasında əməliyyatları keçirilməyib. Əvvəlki ticarət günü nəticəsində Amerika fond bazarında Dow Jones indeksi 0,03% - 13 107 bəndədək yüksəlib, S&P 500 0,1% - 1 412 bəndədək enib, Nasdaq 0,1% - 2 988 bəndədək yüksəlib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,2% azalaraq 1 710,9 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2901 (-0,2%) dollar təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR