Dow Jones indeksi 0,1% enib, S&P 500 0,5%, Nasdaq 0,5% yüksəlib

Dow Jones indeksi 0,1% enib, S&P 500 0,5%, Nasdaq 0,5% yüksəlib
# 16 avqust 2012 07:01 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Avqustun 15-də Amerika fond bazarında Dow Jones indeksi 0,1% - 13 164 bəndədək enib, S&P 500 0,5% - 1 406 bəndədək, Nasdaq isə 0,5% - 3 031 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond indekslərinin dinamikasına daxili makroiqtisadi göstəricilər təsir edib. Belə ki, iyul ayında ABŞ-da sənaye istehsalının həcmi iyuna nisbətən 0,6% artıb, iyunda isə artım tempi cəmi 0,1% olub. Bundan əlavə iyulda illik inflyasiya 1,4%-ə enib, halbuki iyunda 1,7% təşkil edib.

Avropa fond bazarlarında avqustun 14-də FTSE 100 indeksi 0,5% - 5 833 bəndədək, Almaniya DAX-ı 0,4% - 6 947 bəndədək, Fransa CAC-40-ı 0,03% - 3 4499 bəndədək enib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,2% artaraq 1 606,2 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2277 (-0,4%) dollar təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR