Almaniya və Böyük Britaniyada işsizlik səviyyəsi azalıb

Almaniya və Böyük Britaniyada işsizlik səviyyəsi azalıb
# 21 iyun 2012 07:20 (UTC +04:00)
Bakı – APA-Economics. Bu ilin may ayında Böyük Britaniyada işsizlik səviyyəsi 4,9% təşkil edib. “APA-Economics”in xəbərinə görə, bu barədə ölkənin Milli Statistika Bürosu açıqlama yayıb.

Bu göstərici analitiklərin proqnozları ilə üst-üstə düşüb. Aylıq müqayisədə işsizlik müavinəti üçün müraciət edənlərin sayı 8,1 min nəfər artaraq 1 mln. 599 min nəfərə çatıb.

Hesabat dövründə Avropanın ən böyük iqtisadiyyatı olan Almaniyada da işsizlik səviyyəsində azalma qeydə alınıb – 6,7%. Fransada isə əksinə, cari ilin I rübündə işsizlik səviyyəsi rüblük müqayisədə 10% artıb. İspaniya bu göstərici üzrə dünya rekordunu müəyyənləşdirib – 24%.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR