Hüquq müdafiəçiləri Maştağada yerləşən 1 saylı psixiatriya xəstəxanasında monitorinq keçiriblər

Hüquq müdafiəçiləri Maştağada yerləşən 1 saylı psixiatriya xəstəxanasında monitorinq keçiriblər
# 09 mart 2012 13:41 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov, hüquq müdafiəçiləri - Elçin Şirinov və Süleyman Süleymanov Səhiyyə Nazirliyinin Maştağada yerləşən 1 saylı psixiatriya xəstəxanasında monitorinq keçiriblər. Elçin Behbudovun APA-ya verdiyi xəbərə görə, xəstəxanada 204 xəstə məhkum müalicə olunur: “Ərazi içəridən tibb işçiləri, bayırdan isə polis əməkdaşları tərəfindən mühafizə edilir. Orada saxlanılanlar cinayət hadisəsini törədərkən anlaqsız vəziyyətdə olan şəxslərdir. Son zamanlar ölüm halı baş verməyib. Kameralar 2 və 12 nəfərlikdir. Hər hansı şikayət daxil olmadı”.

E. Behbudov xəstəxananın ərazisində fəaliyyət göstərən Psixatrik Ekspertiza Mərkəzində də monitorinq keçirdiklərini bildirib: “Həmin mərkəzdə təqsirləndirilən şəxslər tibbi ekspertizadan keçirilir. Bir dəfəyə 50 nəfəri ekspertizadan keçirməyə imkanları var. Biz orada olan zaman 17 nəfər saxlanılırdı. Qadınlar və azyaşlılar üçün ayrıca kameralar mövcuddur. Bizə hər hansı şikayət daxil olmadı. Lakin mərkəzin bir qədər təmirə ehtiyacı var”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR