Bu gün Bakıda qəbul imtahanları keçirilən məntəqələrdə 38 nəfərə təcili tibbi yardım göstərilib

Bu gün Bakıda qəbul imtahanları keçirilən məntəqələrdə 38 nəfərə təcili tibbi yardım göstərilib
# 14 iyul 2012 11:41 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Bu gün Bakıda ali və orta ixtisas təhsil müəssisələrinə qəbul imtahanlarının keçirildiyi məntəqələrdə 38 nəfər təcili tibbi yardıma müraciət edib. Bu barədə APA-ya Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ və hospital işlərinin təşkili şöbəsinin böyük həkimi Zemfira Vahidova bildirib. Onun sözlərinə görə, qəbul imtahanları keçirilən məntəqələrdə təcili yardıma müraciət edən 38 nəfərdən 25-i abituriyent, 12-ci valideyn, 1-i isə imtahan məsləhətçisi olub. Müraciət edənlərin hamısına tibbi yardım göstərilib. Onlardan xəstəxanaya yerləşdirilən olmayıb.

Qeyd edək ki, bu gün Azərbaycanda 2012-2013-cü tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə III ixtisas qrupu üzrə qəbul imtahanları keçirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR