Azərbaycan “Azərspace-1” peykini Böyük Britaniya şirkətinə sığortaladıb
09 avqust 2012 10:16 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. Azərbaycanın ilk telekommunikasiya peyki olan “Azərspace-1”in orbitə çıxarılması və orbitdə bir illik istismar dövrü üçün Böyük Britaniyanın “Marsh” sığorta brokeri vasitəsi ilə peykin sığortalanması üzrə müqavilə imzalanıb. Bu barədə APA-ya «Azərkosmos» ASC-nin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda qeyd olunub ki, “Marsh” sığorta brokerinin iştirakı ilə 1999-cu ildən bu günədək kosmik sığorta bazarında qeydə alınan ən aşağı və əlverişli sığorta tarifinin əldə edilməsinə nail olunub. Bunun əsas səbəbi Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə buraxılması ilə əlaqədar aparılan uzunmüddətli araşdırma və danışıqlar nəticəsində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən uğurlu peyk və buraxılış vasitəsinin seçilməsi, peykin və raketdaşıyıcısının istehsalı üçün ABŞ-ın “Orbital Sciences” və Fransanın “Arianespce” kimi etibarlı şirkətlərlə əməkdaşlıq edilməsidir. “Azərkosmos” ASC-nin insan ehtiyatları, texniki sahə üzrə mütəxəssislərin mütəmadi olaraq xarici ixtisasartırma kurs və təlimlərində iştirakının təmin edilməsi, o cümlədən xarici ölkələrin təcrübəsindən məqsədyönlü və səmərəli şəkildə istifadə kimi bir sıra digər amillər də əlverişli sığorta tarifinin əldə edilməsinə müsbət təsir göstərib. Bu istiqamətdə beynəlxalq kosmik sığorta xidmətləri bazarına dair ətraflı araşdırmalar aparılıb və «Azərspace-1» peyk layihəsinin sığortalanması üçün aparıcı beynəlxalq reytinq şirkəti olan “Standart&Poors”un qiymətləndirmə sistemi ilə A və AA yüksək etibarlılıq dərəcəsinə malik olan şirkətlərə üstünlük verilib.
“Azərspace-1” telekommunikasiya peykinin orbitə çıxarılması və peykin orbitdə bir illik istismar dövrünü əhatə edən sığorta müqaviləsinə əsasən, baş verə biləcək bütün qəza hallarında “Azərkosmos” ASC sığorta ödənişləri hesabına “Azərspace-1” layihəsini davam etdirmək imkanına sahib olacaq.
“Azərspace-1” telekommunikasiya peykinin 2012-ci ilin sonunda, 2013-cü ilin əvvəlində Cənubi Amerikada Fransa Qvianasında yerləşən Kuru kosmodromundan geostasionar orbitə çıxarılması planlaşdırılır.

İnfrastruktur
“Nar” rabitə sahəsinin peşəkarlarını hazırlayır
18:17
30 aprel 2024
Gənclərimiz İT sahəsində uğurlu nəticələr əldə etməyə davam edirlər
17:36
30 aprel 2024
“Azərkosmos”un ixrac gəlirləri 13 % azalıb
15:57
30 aprel 2024
Bu il Azərbaycanda 88 min daşınmaz əmlakın mülkiyyət hüququ qeydə alınıb
17:43
29 aprel 2024