BDU-da Həsən bəy Zərdabinin 170 illik yubileyi ilə bağlı tədbir və “Universitetin dostu” mükafatının təqdimatı keçirilib
20 iyun 2012 12:19 (UTC +04:00)
Bakı. Etibar Məmmədov - APA. Bakı Dövlət Universitetində (BDU) Azərbaycan milli mətbuatının banisi Həsən Bəy Zərdabinin 170 illik yubileyi ilə bağlı tədbir və “Universitetin dostu” mükafatının təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, universitetin rektoru, akademik Abel Məhərrəmov Həsən bəy Zərdabinin 170 illik yubileyinin keçirilməsi ilə bağlı ölkə prezidentinin imzaladığı sərəncamın əhəmiyyətindən danışıb. Rektor qeyd edib ki, H. Zərdabi “Əkinçi” qəzetini nəşr etdirməklə milli mətbuatın, ədəbi-bədii fikrin əsasını qoyub.
A. Məhərrəmov kütləvi informasiya vasitələrində universitet haqqında dolğun və davamlı məlumatların ictimaiyyətə çatdırılmasında jurnalistlərin xidmətlərindən danışaraq, “Universitetin dostu” mükafatının məhz buna görə təsis edildiyini bildirib.
BDU-nun mətbuat və informasiya şöbəsinin müdiri Pərvanə İbrahimova mətbuat və informasiya şöbəsinin fəaliyyətindən, “Universitetin dostu” mükafatının təsis edilmə zərurətindən bəhs edib.
Sonra BDU haqqında obyektiv, dolğun və davamlı məlumatlar yaydıqlarına görə, bir sıra KİV rəhbərinə “Universitetin dostu” mükafatı təqdim edilib.
Eyni zamanda BDU haqqında obyektiv və davamlı yazılarına görə isə KİV nümayəndələri, həmçinin APA İnformasiya Agentliyinin əməkdaşı fəxri fərman və hədiyyəyə layiq görülüb.

Media
UNESCO Qəzzada baş verənləri işıqlandıran fələstinli jurnalistləri mükafatlandırıb
19:57
3 may 2024
Bakıda MDB İnformasiya Şurasının XXXI iclası keçirilib
18:34
3 may 2024
AzərTAc-ın işçilərinin əməyinin ödənilməsi şərtlərinə dəyişiklik edilib
17:50
3 may 2024
Əhməd İsmayılov: Azərbaycan mediası işini müasir trendlərə cavab vermək səviyyəsində qurmaqda maraqlıdır - FOTO
11:17
3 may 2024