UEFA prezidenti Bakıya gəlir

UEFA prezidenti Bakıya gəlir
# 12 oktyabr 2012 09:19 (UTC +04:00)
Bakı – APA. Orta Asiya səfərini başa vurmaqda olan UEFA prezidenti Mişel Platini bu gün Azərbaycana gələcək. Apasport.az saytının məlumatına görə, turneyə Qırğızıstan paytaxtı Bişkekdən başlayan qitə futbol qurumunun başçısı Özbəkistan, Tacikistan və Türkmənistanı da ziyarət edib.

Bu ölkələrdə olduqdan sonra ölkəmizə gələcək Platini 17 yaşadək qızlar arasında dünya çempionatının III yer uğrunda oyun və final matçını izləyəcək. Fransa futbolunun əfsanəsi həlledici görüşdə KXDR ilə qarşılaşacaq həmyerlilərinə, həm də Avropanın yeganə təmsilçisi olan yığmalarına dəstəkləməyə çalışacaq.

Platinini bu səfərdə qurumun Maliyyə Komitəsinin rəhbəri, eyni zamanda vitse-prezident Marios Lefkaritis, AFFA-nın baş katibi Elxan Məmmədov, mətbuat xidmətinin nümayəndəsi Paskal Torres müşayiət ediblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR