Bu il ABŞ təyyarələri Azərbaycan üzərindən keçməklə Əfqanıstandan 2200-dən çox xəstə və yaralı daşıyıblar

Bu il ABŞ təyyarələri Azərbaycan üzərindən keçməklə Əfqanıstandan 2200-dən çox xəstə və yaralı daşıyıblar
# 03 avqust 2012 12:49 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. Azərbaycanın öz hava məkanını ABŞ təyyarələrinə açması Əfqanıstandan tibbi məqsədlə təxliyə uçuşunun vaxtını 105 dəqiqə azaldır. APA-nın məlumatına görə, bu barədə ABŞ Silahlı Qüvvələrinin Hava Daşımaları Komandanlığının saytında bildirilib.

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov ABŞ-ın Hava Daşımaları Komandanlığı və 618-ci Hava və Kosmik Əməliyyatlar Mərkəzində olub. Azərbaycan səfirinə Azərbaycanın öz hava məkanını ABŞ təyyarələrinə açmasına görə minnətdarlıq edilib.

Qeyd olunub ki, Azərbaycan hökumətinin uçuş üçün verdiyi icazə insanların xilasına çox kömək edir.

Qurumun Aeromedikal Evakuasiya Əməliyyatları bölməsinin rəhbəri polkovnik Cennifer Kimmet bildirib ki, bu müddət zərər çəkənlərin həyatını xilas edilməsində böyük önəm kəsb edir.

Görüşdə həmçinin bildirilib ki, 2012-ci ilin yanvar ayından bu günədək ABŞ təyyarələri Azərbaycan üzərindən 150-dən çox aeromedikal təxliyə uçuşu həyata keçirib. Bu uçuşlar zamanı 2200-dən çox xəstə və yaralı daşınıb.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR