GUAM Xarici İşlər Nazirləri Şurası Bəyannamə qəbul edib

GUAM Xarici İşlər Nazirləri Şurası Bəyannamə qəbul edib
# 11 oktyabr 2012 07:26 (UTC +04:00)
APA-nın məlumatına görə, iclasda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstan xarici işlər nazirinin müavini David Calaqaniya, Moldovanın xarici işlər və Avropaya inteqrasiya naziri Y. Lyanke, Ukraynanın xarici işlər naziri Konstantin Qrişşenko, GUAM-ın baş katibi Valeri Çeçelaşvili iştirak ediblər.

XİN Şurası təşkilatın inkişafı ilə bağlı məsələləri müzakirə edib. Qeyd olunub ki, GUAM regional qarşılıqlı fəaliyyətin inkişafında böyük rol oynayır. İclasda GUAM-ın tərəfdaşları olan ABŞ və Yaponiyanın səfirləri, həmçinin Avropa Komissiyasının Ukraynadakı nümayəndəliyinin rəhbəri iştirak ediblər. Tədbirin sonunda Bəyannamə qəbul olunub. Toplantıdan sonra GUAM Katibliyində GUAM musiqi mədəniyyəti gecəsi keçirilib. Tədbirə Ukraynada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Ukrayna Xarici İşlər Nazirliyinin və digər nazirliklərin təmsilçiləri dəvət olunublar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR