Ombudsman Aparatının əməkdaşları azadlığın məhdudlaşdırıldığı yerlərə başçəkmə həyata keçiriblər

Ombudsman Aparatının əməkdaşları azadlığın məhdudlaşdırıldığı yerlərə başçəkmə həyata keçiriblər
# 31 oktyabr 2012 10:18 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Ombudsmanın Milli Preventiv Qrupu (MPQ) tərəfindən Daxili İşlər Nazirliyinin Baş Pasport , Qeydiyyat və Miqrasiya İdarəsinin Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsinin Deportasiya Araşdırma Mərkəzinə, Nizami rayon Polis İdarəsinin müvəqqəti saxlanma yerinə və 25-ci Polis Bölməsinə, Dövlət Miqrasiya Xidmətinin Qanunsuz Miqrantların Saxlanma Məntəqəsinə və Penitensiar Xidmətin Bakı istintaq təcridxanasına başçəkmələr həyata keçirilib. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, başçəkmələrdə məqsəd saxlanılan şəxslərlə rəftar, saxlanılma şəraiti, saxlanılma yerinin vəziyyətinin öyrənilməsi olub. Başçəkmələr zamanı qəbul edilən şəxslər rəftar və saxlanma şəraiti ilə bağlı şikayət etməyiblər.

Yeni istifadəyə veriləcək Dövlət Miqrasiya Xidmətinin Qanunsuz Miqrantların Saxlanma Məntəqəsində və Nizami rayon Polis İdarəsinin müvəqqəti saxlanma yerində aparılan araşdırma zamanı hər iki müəssisəsinin saxlanma şəraitinin standartlara tam cavab verdiyi, orada saxlanılan şəxslər üçün lazımı şərait yaradıldığı müəyyən olunub.

Qrup üzvləri azadlığı məhdudlaşdırma yerlərinin rəhbərlərinə müvafiq tövsiyələr veriblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR