Azərbaycan cüdoçuları Avropa çempionatının ikinci günündə də medal qazana bilməyiblər

Azərbaycan cüdoçuları Avropa çempionatının ikinci günündə də medal qazana bilməyiblər
# 28 aprel 2012 09:13 (UTC +04:00)
Bakı-APA. Rusiyanın Çelyabinsk şəhərində cüdo üzrə Avropa çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, birinci yarış günündə mükafat qazana bilməyən Azərbaycan milli komandası növbəti gündə də medala həsrət qalıb.

Ağayar Axundzadənin yetirmələrindən Rüstəm Orucov (73 kq), Elxan Rəcəbli (90 kq) və Ramilə Yusubova (63 kq) tatamiyə çıxıblar. Onlardan isə ən yaxşı nəticəni 5-ci yeri tutan Ramilə Yusubova göstərib.

Bu gün mübarizəyə Elxan Məmmədov, Timur Əlixanov (hər ikisi 90 kq) və Elmar Qasımov (100 kq) qoşulacaqlar.

Qeyd edək ki, yarışın ilk günündə Orxan Səfərov (60 kq) ilk, Tərlan Kərimov, Nicat Şıxəlizadə (hər ikisi 66 kq) və Kifayət Qasımova (57 kq) isə ikinci döyüşdə uduzmuşdular.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR