Azərbaycanda ümumtəhsil məktəblərinin buraxılış imtahanları ilə bağlı qaydaların ilkin variantı hazırlanıb

Azərbaycanda ümumtəhsil məktəblərinin buraxılış imtahanları ilə bağlı qaydaların ilkin variantı hazırlanıb
# 01 may 2012 15:10 (UTC +04:00)
Bu barədə APA-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat katibi Elnur Nağızadə bildirib. Onun sözlərinə görə, hazırda qaydaların ayrı-ayrı bəndləri üzərində iş gedir. Qaydalarda imtahanların keçirilməsi və məzmununa aid bütün məsələlər əks olunacaq.

E. Nağızadə bildirib ki, yaxın günlərdə Qaydalar təsdiq edildikdən sonra ictimaiyyətə açıqlanacaq: “Hazırda müzakirə olunan əsas məsələlərdən biri attestatların hansı qurum tərəfindən veriləcəyi və imtahan günlərinin müəyyənləşdirilməsidir”.

Qeyd edək ki, Təhsil Nazirliyi bu gün bu ilin məzunları ilə bağlı məlumat bazasını TQDK-ya təqdim edib. Hazırda bazada olan məlumatların təhlili aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR