Azərbaycan ərazisində yeraltı təkanlar olub

Azərbaycan ərazisində yeraltı təkanlar olub
# 07 noyabr 2012 09:00 (UTC +04:00)
AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən məlumata görə, birinci zəlzələ noyabrın 6-sı saat 19:19-da Nardarandan 57 km şimal-qərbdə - Xəzər dənizində qeydə alınıb. Zəlzələ hiss olunmayıb.

İkinci zəlzələ saat 23:27-də Zaqatala rayonundan 11 km cənubda qeydə alınıb. Zəlzələ Zaqatalada 3.0 bal gücündə hiss olunub.

Bu gün səhər isə İranda zəlzələ baş verib. Yeraltı təkanlar saat 10:26-da İran İslam Respublikasında Ordubaddan 92 km cənub-şərqdə, Təbrizdən 47 km şimali-şərqdə qeydə alınıb.

Zəlzələ Ordubad, Naxçıvan, Culfa və İranla həmsərhəd cənub rayonlarında 3.0-2.0 bala yaxın hiss olunub. Tikililərdə dağıntı və insan itkisi yoxdur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR