Qazaxıstanda inşa olunmuş ilk raket-artilleriya gəmisi suya endirilib - FOTO
26 aprel 2012 08:58 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Qazaxıstanın Hərbi Dəniz Qüvvələri üçün yerli müəssisədə tikilmiş ilk raket-artilleriya gəmisi suya endirilib. APA-nın məlumatına görə, “Zenit” zavodu tərəfindən tikilmiş bu ilk raket gəmisi ”Qazaxıstan” adlandırılıb.
Gəminin dənizə endirilməsi münasibətilə keçirilən tədbirdə qeyd olunub ki, raket-artilleriya gəmisi Xəzər dənizində Qazaxıstanın təhlükəsizliyini təmin edəcək. Gəmi Hərbi Dəniz Qüvvələrinin məsuliyyət daşıdığı zonalarda müxtəlif döyüş tapşırıqlarının icrası üçün nəzərdə tutulub.
Tam su basımı 250 ton olan gəmi raket-artilleriya silahları, müasir rabitə vasitələri, naviqasiya və şturman avadanlıqları ilə təchiz olunub. Hərbi Dəniz Qüvvələri üçün yaxın iki ildə daha iki gəmi inşa ediləcək.

MDB
Ukrayna Belqorod şəhərində onmərtəbəli binaya zərbə endirib, dağıntılar altından 6 nəfərin meyiti çıxarılıb - VİDEO - YENİLƏNİB-4
19:53
12 may 2024
İrəvanda növbəti etiraz aksiyası başlayıb
19:08
12 may 2024
Ermənistanda yanacaqdoldurma məntəqəsində partlayış olub
15:33
12 may 2024
Rusiya sərhədçiləri Ermənistanın Azərbaycanla sərhəd bölgələrindən çıxır
14:23
12 may 2024