Qazaxıstanda inşa olunmuş ilk raket-artilleriya gəmisi suya endirilib - FOTO

Qazaxıstanda inşa olunmuş ilk raket-artilleriya gəmisi suya endirilib - <font color=red>FOTO</font>
# 26 aprel 2012 08:58 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Qazaxıstanın Hərbi Dəniz Qüvvələri üçün yerli müəssisədə tikilmiş ilk raket-artilleriya gəmisi suya endirilib. APA-nın məlumatına görə, “Zenit” zavodu tərəfindən tikilmiş bu ilk raket gəmisi ”Qazaxıstan” adlandırılıb.

Gəminin dənizə endirilməsi münasibətilə keçirilən tədbirdə qeyd olunub ki, raket-artilleriya gəmisi Xəzər dənizində Qazaxıstanın təhlükəsizliyini təmin edəcək. Gəmi Hərbi Dəniz Qüvvələrinin məsuliyyət daşıdığı zonalarda müxtəlif döyüş tapşırıqlarının icrası üçün nəzərdə tutulub.

Tam su basımı 250 ton olan gəmi raket-artilleriya silahları, müasir rabitə vasitələri, naviqasiya və şturman avadanlıqları ilə təchiz olunub. Hərbi Dəniz Qüvvələri üçün yaxın iki ildə daha iki gəmi inşa ediləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR