Müəllif Hüquqları Agentliyinin kollegiyasının tərkibi təsdiqlənib

Müəllif Hüquqları Agentliyinin kollegiyasının tərkibi təsdiqlənib
# 18 aprel 2012 13:33 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Nazirlər Kabineti Müəllif Hüquqları Agentliyinin kollegiyasının tərkibini təsdiq edib. APA-nın Nazirlər Kabinetinin rəsmi saytına istinadən verdiyi məlumata görə, "Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi haqqında Əsasnamə"nin 16-cı bəndinə əsasən agentliyin kollegiya üzvlərinin sayı 5 nəfərdən ibarət müəyyənləşdirilib. Kamran İmanov kollegiyanın sədri, Fuad Kərimov, Xudayat Həsənli, Natiq İsayev və Gülarə Mustafayeva isə üzvləri müəyyən olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR