“Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” qanun layihəsi üçüncü oxunuş üçün Milli Məclisə tövsiyə olunub

“Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” qanun layihəsi üçüncü oxunuş üçün Milli Məclisə tövsiyə olunub
# 21 fevral 2012 12:22 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Milli Məclisin Sosial siyasət komitəsinin keçirilən iclasında “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” qanun layihəsi üçüncü oxunuş üçün müzakirəyə çıxarılıb. APA-nın məlumatına görə, qanun layihəsinin üçüncü oxunuş üçün parlamentin plenar sessiyasına göndərilməsi tövsiyə olunub.

Qanun layihəsində dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət təminatlı yardım tədbirləri, Dövlət Proqramının qəbul edilməsi və həyata keçirilməsi, dağınıq skleroz xəstəliyinin müalicəsi üzrə tibb mütəxəssislərinin hazırlanması və ixtisaslarının artırılması, dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin registri, dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin müayinəsi və müalicəsi üzrə tədbirlərin maliyyələşdirilməsi, dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin hüquqları və s. əksini tapıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR