Bakıda toyda kütləvi davada adam öldürməkdə ittiham olunan şəxslər barəsində olan məhkəmə hökmü dəyişdirilib

Bakıda toyda kütləvi davada adam öldürməkdə ittiham olunan şəxslər barəsində olan məhkəmə hökmü dəyişdirilib
# 22 fevral 2012 09:06 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində toyda kütləvi dava nəticəsində adam öldürməkdə ittiham olunan Ayxan Məmmədov, Fuad Eminov, Renat Zeynalov, Elman Hacıyevin apellyasiya şikayətləri əsasında məhkəmə prosesi başa çatıb.
APA-nın xəbərinə görə, prosesdə məhkəmənin qərarı elan olunub. Qərara əsasən, Ayxan Məmmədovun barəsində olan hökm ləğv olunaraq ona 13 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Digər təqsirləndirilən şəxslər barəsində isə məhkəmə hökmü dəyişdirilib. Belə ki, Renat Zeynalov və Fuad Eminov barəsində əmək haqqının 20 faizi tutulmaqla 2 il islah işlərinə cəlb olunma , Elman Hacıyev barəsində isə 2 il islah işlərinə cəlb edilmə və nəqliyyat vasitəsinin idarə etmə hüququndan məhrum edilməsi cəzası təyin olunub.

İttiham aktına görə, 2010-cu il oktyabrın 3-də Suraxanı rayonunda yerləşən şadlıq saraylarından birində keçirilən toy zamanı Ayxan Məmmədovla Pərviz Qasımov arasında mübahisə düşüb. Nəticədə Ayxan Məmmədov dostları Fuad Eminov və Renat Zeynalov və Elman Hacıyevlə Pərviz Qasımovu döyüblər. Sonra isə A.Məmmədov P.Qasımovu bıçaqlayaraq qətlə yetirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A. Məmmədov 9 il müddətinə azadlıqdan məhrum edilib. Digərləri isə 2 il 2 il müddətinə şərti cəza alaraq, məhkəmə zalından azadlığa buraxılıblar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR