Nigar Yaqublunun cinayət işi üzrə istintaq başa çatıb

Nigar Yaqublunun cinayət işi üzrə istintaq başa çatıb
# 05 oktyabr 2012 15:08 (UTC +04:00)
Bu barədə APA-ya vəkil Nemət Kərimli məlumat verib. N. Kərimli bu gün cinayət işini araşdıran müstəntiqin istintaqın başa çatması haqqında məlumat verdiyini bildirib: “Bir neçə gün cinayət işinin materialları ilə tanış olacağıq. Daha sonra cinayət işi baxılmaq üçün məhkəməyə göndəriləcək ” .

N. Yaqublu sentyabrın 11-də saxlanılıb. Məhkəmə onun barəsində iki aylıq həbs- qətimkan tədbiri seçib. Həbs Müsavat Partiyasının üzvü Aydın Acalovun ölümü ilə nəticələnən avtomobil qəzasının istintaqı ilə bağlıdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR