Türkiyənin xarici işlər naziri: “Azərbaycanın Dağlıq Qarabağ məsələsində tutduğu ədalətli mövqeni dəstəkləməkdə davam edəcəyik”

Türkiyənin xarici işlər naziri: “Azərbaycanın Dağlıq Qarabağ məsələsində tutduğu ədalətli mövqeni dəstəkləməkdə davam edəcəyik”
# 15 oktyabr 2012 14:31 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. “Türkiyə Azərbaycanın Dağlıq Qarabağ nizamlanması prosesində tutduğu ədalətli mövqeyi həmişə dəstəkləyib və bundan sonra da dəstəkləməkdə davam edəcək”.

APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Bakıda səfərdə olan Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu verib.

“Biz hər zaman regionda bütün ölkələrin və xalqların sülh şəraitində yaşamasının tərəfdarı olmuşuq. Buna görə də Dağlıq Qarabağ probleminin həlli vacib məsələdir”.

Nazir Ermənistanı Azərbaycan torpaqlarını işğaldan azad etməyə və Cənubi Qafqazda sabitliyi və sülhü bərpa etməyə, eyni zamanda da ATƏT-in Minsk Qrupunu münaqişənin nizamlanması istiqamətində fəaliyyətini gücləndirməyə çağırıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR