«Ekonomist» analitik jurnalının növbəti sayı çapdan çıxıb

«Ekonomist» analitik jurnalının növbəti sayı çapdan çıxıb
# 11 may 2012 11:54 (UTC +04:00)
«APA-ECONOMICS»in məlumatına görə, 2010-cu ilin fevral ayından nəşr olunan jurnalın artıq 26 buraxılışı işıq üzü görüb.

«Ekonomist» jurnalında oxucular Azərbaycanın sosial-iqtisadi həyatının müxtəlif sahələri üzrə icmal və analitik xarakterli məqalə və araşdırma yazıları ilə tanış ola bilərlər.

Jurnalın bu sayında ölkənin 2011-ci il üçün tədiyyə balansının təhlili, bank sektoru və qiymətli kağızlar bazarı üzrə analitik məqalələr, sığorta şirkətlərinin renkinqi, həmçinin Bakının tir bazarı və metal qablar bazarı üzrə araşdırmalar və s. məqalələr dərc olunub.

Qeyd edək ki, «Ekonomist» jurnalını həm redaksiya vasitəsilə, həm də «Qasid», «Qaya» və «Azərmətbuatyayım» şirkətlərinin Bakı və Sumqayıt şəhərləri ərazisində fəaliyyət göstərən köşklərində abunə olmaq və almaq mümkündür. Bununla yanaşı, «Ekonomist» və «Metro-Servis» şirkətləri arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən, jurnalın buraxılışlarını Bakı Metropoliteninin stansiyalarında da almaq olar.

Jurnal ayda bir dəfə, rus dilində, 5 min tirajla, A4 formatında nəşr olunur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR