TQDK Bakıda keçiriləcək buraxılış imtahanları ilə bağlı şagirdlərin binalara yerləşdirmə siyahılarını hazırlayır

TQDK Bakıda keçiriləcək buraxılış imtahanları ilə bağlı şagirdlərin binalara yerləşdirmə siyahılarını hazırlayır
# 17 may 2012 15:48 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Tələbə Qəbului üzrə Dövlət Komissiyası (TQDK) Bakıda keçiriləcək buraxılış imtahanları ilə bağlı şagirdlərin binalara yerləşdirmə siyahılarını hazırlayır. TQDK-nın mətbuat katibi Elnur Nağızadənin APA-ya verdiyi məlumata görə, imtahan Bakıda 68 binada keçiriləcək. İyunun 2-də Bakı məktəblərinin XI, iyunun 3-də isə IX sinif şagirdləri imtahan verəcəklər.

Yaxın günlərdə isə TQDK buraxılış imtahanlarında iştirak edəcək şagirdlərin “İmtahana buraxılış vərəqələri”ni Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) təqdim edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR