Qazaxda “TIR” yük maşını “Mersedes”lə toqquşub, ölən var

Qazaxda “TIR” yük maşını “Mersedes”lə toqquşub, ölən var
# 21 iyul 2012 08:38 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Qazax rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə iyulun 20-də saat 00.30 radələrində Qazax rayonu ərazisində baş verib. I Şıxlı kənd sakini Məhəmməd Yusifovun idarə etdiyi “Mercedes” markalı və Türkiyə vətəndaşı Şaban Köç Mustafa oğlunun idarə etdiyi “TIR Skanya” markalı avtomaşınların toqquşması nəticəsində baş verib. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən M. Yusifov orada dünyasını dəyişib.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR