Azərbaycanda 9 il əvvəl iş adamını qətlə yetirən şəxsin məhkəməsi başlayıb

Azərbaycanda 9 il əvvəl iş adamını qətlə yetirən şəxsin məhkəməsi başlayıb
# 14 sentyabr 2012 11:13 (UTC +04:00)
APA-nın məlumatına görə, hakim Tamella Nəsrullayevanın sədrlik etdiyi prosesdə məhkəmə baxışı sentyabrın 21-nə təyin olunub.

Qeyd edək ki, əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi rayonunda Cinayət Məcəlləsinin 120.2.1, 120.2.5, 120.2.11 (qəsdən adam öldürmə), 182.3.2 (quldurluq), 217.2 (banditizm) və 228.2.2-ci (qanunsuz odlu silah saxlama) maddələri ilə təqsirləndirilən, 2003-cü ildən axtarışda olan, 1969-cu il təvəllüdlü, əvvəllər məhkum olunmuş, Bakı şəhərində qeydiyyatda olan Əliyev Miryusif Mirislam oğlu martın 27-də tutularaq, Binəqədi Rayon Polis İdarəsinə təhvil verilib.

Məlumata görə, M. Əliyev 13 yanvar 2003-cü il tarixdə Novruzov Rəşad Muğan oğlu və Nəsirov Ümid Kamal oğlu ilə cinayət əlaqəsinə girərək tanınmış iş adamı Məmmədov Knyaz Abbas oğlunu Nərimanov rayonu ərazisində oğurlayıb. M. Əliyev iş adamını ailəsindən onu geri qaytarmaq müqabilində 150 min dollar alıb. Pulu aldıqdan sonra isə iş adamını qətlə yetirib. R. Novruzov və Ü. Nəsirov 2003-cü ildə yaxalanıb. M. Əliyevin barəsində isə 13.03.2003-cü ildən axtarış elan olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR