Azərbaycan Ordusunun minaya düşərək ağır yaralanan zabiti İlqar Verdiyev vəfat edib

Azərbaycan Ordusunun minaya düşərək ağır yaralanan zabiti İlqar Verdiyev vəfat edib
# 14 iyun 2012 12:30 (UTC +04:00)
Silahlı Qüvvələrin Mərkəzi Hərbi Kliniki Hospitalından APA-ya verilən məlumata görə, İlqar Verdiyev bu gün vəfat edib.

Qeyd edək ki, hadisə iyunun 9-dan 10-na keçən gecə Azərbaycan – Ermənistan qoşunlarının təmas xəttində, Goranboy istiqamətində qeydə alınıb. Əvvəlcə hərbi hissənin mühəndis-istehkam xidmətinin rəisi Zahir Məmmədov minaya düşüb. Yaralı zabiti götürmək üçün ona yaxınlaşan mühəndis-istehkam bölüyünün komandiri İ.Verdiyev ikinci minanın partlaması nəticəsində yaralanıb. Yaralılar Ağdamda hospitala yerləşdiriliblər. İ.Verdiyevin sağ qolu, Z. Məmmədovun isə ayağı amputasiya olunub.
Sonradan onlar Silahlı Qüvvələrin Mərkəzi Hərbi Kliniki Hospitalına yerləşdiriliblər.

İlqar Verdiyevin vəziyyəti ağır qiymətləndirilirdi.

Xatırladaq ki, İlqar Verdiyev bir müddət əvvələ qədər Müdafiə Nazirliyinin mətbuat xidmətinin zabiti olub.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR