Bakı Ali Neft Məktəbində avstriyalı qonaqlarla görüş keçirilib
22 oktyabr 2012 08:42 (UTC +04:00)
Bakı – APA-Economics. Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Avstriyanın “Doktor Pendl ənd Doktor Pisvanger” şirkətinin rəsmisi doktor Karl Pisvanger və bu ölkənin Krems Danube Universitetinin inzibati idarəetmə üzrə kurs əlaqələndiricisi doktor Kristin Pisvangeri qəbul edib.
“APA-Economics”in xəbərinə görə, görüş zamanı rektor E.Qasımov qonaqlara Bakı Ali Neft Məktəbinin yaranması zərurəti və tarixi barədə məlumat verib. O, ali məktəbin yüksək səviyyədə maddi-texniki vəsaitlə təmin edildiyini qeyd edərək, Bakı Ali Neft Məktəbinin Böyük Britaniyanın Heriot-Uatt Universiteti ilə sıx tərəfdaşlıq münasibətlərinin qurulduğunu söyləyib. E.Qasımov əməkdaşlıq çərçivəsində gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan layihələr haqqında qonaqlara ətraflı məlumat verib.
Avstriyalı qonaqlar qısa vaxt ərzində Bakı Ali Neft Məktəbində yaradılan şəraitdən razı qalaraq, onunla müxtəlif təhsil layihələri çərçivəsində əməkdaşlıq qurmaq niyyətlərini ifadə ediblər.

Sənaye və energetika
"Azeri Light" nefti ucuzlaşıb
11:04
11 may 2024
"AzerGold" və törəmə şirkətlərinin kollektivi Ulu Öndərin məzarını ziyarət edib
17:51
10 may 2024
BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə xərcləri azalıb
14:05
10 may 2024
Cənubi Qafqaz Boru Kəmərinin əsaslı xərcləri kəskin azalıb
13:09
10 may 2024