«Bank of Baku» «Faiz gəldi, uçdu getdi quşlar» adlı hədiyyəli virtual oyuna start verib - FOTO

«Bank of Baku» «Faiz gəldi, uçdu getdi quşlar» adlı hədiyyəli virtual oyuna start verib - <font color=red>FOTO</font>
# 03 sentyabr 2012 11:02 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Bank of
Baku» ASC-nin «Facebook» sosial şəbəkə səhifəsində «Faizlər qayıdır» kampaniyasının ictimai təbliği məqsədilə «Faiz gəldi, uçdu getdi quşlar» adlı hədiyyəli virtual oyuna start verilib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, virtual oyunda iştirak etmək üçün http://www.facebook.com/bankofbaku ünvanına daxil olmaq tələb olunur.

Onlayn oyun çərçivəsində hər həftə ən çox xal toplamış üç nəfər qalib müəyyən ediləcək. Hər həftənin bazar ertəsi ötən həftənin qalibləri açıqlanacaq. «Bank of Baku»dan qaliblərə dünya şöhrətli müğənnilər Şakira, Cennifer Lopez və Rihannanın Bakıda baş tutacaq konsertinə biletlər təqdim olunacaq. Onlayn oyunun qalibi olmuş şəxslərə habelə pul mükafatı və «Gold Card» hədiyyə ediləcək.

Xatırladaq ki, «Bank of Baku» ASC 1994-cü ilin fevral ayında «Tuqay Bank» adı ilə fəaliyyətə başlayıb. Bankın təsisçiləri rolunda Türkiyənin «NAB Dış Ticarət» şirkəti və bir neçə fiziki şəxs çıxış edir. Cari ilin yanvar ayının 1-nə bankın ölkə üzrə 16 filialı, 25 bankomatı, 181 POS-terminalı və 500 işçisi mövcuddur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR