Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzər Günü münasibətilə Şıx çimərliyi yaxınlığında iməcilik keçirib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzər Günü münasibətilə Şıx çimərliyi yaxınlığında iməcilik keçirib
# 11 avqust 2012 11:40 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) 12 avqust – Xəzər Günü münasibətilə Şıx çimərliyi yaxınlığında, Xəzər dənizinin sahilində iməcilik keçirilib. APA-nın məlumatına görə, iməcilikdə ETSN-in, həmçinin bir sıra ekologiya ilə əlaqədar qurumların əməkdaşları iştirak edib.

ETSN-in Ətraf mühitin mühafizəsi Departamentinin sektor müdiri Mirsalam Qəmbərov jurnalistlərə açıqlamasında deyib ki. tədbirin keçirilməsində əsas məqsəd Xəzər dənizinin çirklənməsinə qarşı mübarizəyə diqqəti çəkməkdir. O, həmçinin qeyd edib ki, Bakı buxtasında dənizə səpələnmiş tullantıların təmizlənməsi üçün Fransanın “Eco Seance” şirkətindən xüsusi tipli qurğu alınıb: “Gəmi yaxın günlərdə istifadəyə veriləcək”.
ETSN rəsmisinin sözlərinə görə, bu ilin ilk 6 ayı ərzində nazirlik tərəfindən ətraf mühitin çirklənməsi və fiziki müdaxilələrlə bağlı 640 akt və protokol tərtib olunub, fiziki və hüquqi şəxslər cərimələnib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR