«Turanbank» aktivləri son bir ildə 28% artıb

«Turanbank» aktivləri son bir ildə 28% artıb
# 25 may 2012 13:50 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Turanbank» ASC-nin aktivlərinin həcmi 2012-ci il mayın 1-nə 172,9 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 27,7% çoxdur.

Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 22,7% artaraq 138,7 mln. manata, depozit portfeli 39,8% artaraq 84,4 mln. manata, o cümlədən əhalinin əmanətləri 10% artaraq 50,4 mln. manata çatıb.

Bu dövr ərzində bankın məcmu kapitalı 6,7% artaraq 25,9 mln. manat, o cümlədən nizamnamə kapitalı 8,2% artaraq 23,8 mln. manat təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında bankın gəlirləri 6,914 mln. manat, xərcləri isə 5,685 mln. manat olub. Nəticədə, bankın balans mənfəəti 1,2 mln. manatdan çox olub.

Xatırladaq ki, təsisçisi 5 hüquqi (21,65%) və 20 fiziki şəxs olan (78,35%) «Turanbank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın ölkə üzrə 11 filialı, 16 bankomatı, 74 POS-terminalı və 239 işçisi var.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR