Tiflisdə ATƏT-in təşəbbüsü ilə 9-cu Cənubi Qafqaz Media Konfransı keçirilir - FOTOSESSİYA

Tiflisdə ATƏT-in təşəbbüsü ilə 9-cu Cənubi Qafqaz Media Konfransı keçirilir - <font color=red>FOTOSESSİYA</font>
# 11 oktyabr 2012 12:48 (UTC +04:00)
APA-nın Gürcüstan bürosunun məlumatına görə, konfransı ATƏT-in media azadlığı üzrə Nümayəndəliyinin büro direktoru Andrey Rixter açaraq tədbirdə Azərbaycan, Ermənistan və Gürcüstandan olan 80-dən çox jurnalist, media ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirak etdiyini bildirib. Sonra o, məruzə üçün sözü ATƏT-in Media azadlığı üzrə xüsusi nümayəndəsi Dünya Miyatoviçə verib.

ATƏT rəsmisi bu gün Gürcüstanda baş verən dəyişikliklər şəraitində başlanan beynəlxalq konfransın Cənubi Qafqaz üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib: “Gürcüstanda dəyişikliklər baş verir. Mən Gürcüstan hökumətinə minnətdaram ki, 9-cu dəfədir ki, bizi qəbul edir. Mən Azərbaycan və Ermənistan nümayəndələrinə təşəkkür edirəm ki, imkan tapıb bizim tədbirdə iştirak edirlər. Bu iki gün ərzində biz media ənənələrindən, KİV-də yeni metodların inkişafından, jurnalistlərin operativliyindən, informasiyanı necə almaq və ötürmək barədə ətraflı danışacağıq. Kimdir jurnalist? Bu suala tədbirdə cavab tapacağıq. Biz öz sözünü deyən jurnalistləri müdafiə edirik. Biz hər bir ölkədə jurnalistikanın, elektron medianın inkişafı üçün çalışacağıq. Media açıq olmalıdır. Hakimiyyət azad sözün yayılmasını təmin etməlidir. ATƏT üzvü olan bütün dövlətlər bizim tapşırıqları və tövsiyələrimizi qəbul etməli və yerinə yetirməlidirlər. Biz tədbirdə Cənubi Qafqaz və digər ölkələrdə olan media problemlərindən də danışacağıq”.

Dünya Miyatoviç medianın bütünlükdə azad olmasına çalışdıqlarını deyib: “Elə ölkələr var ki, yenə də jurnalistlər şantajın qurbanı olur. Onları həbsxanaya salmaq olmaz. Bizim cəmiyyətin qurduğu demokratiya KİV-ə kömək etməlidir. Biz XXI əsrdə yaşayırıq. Təəssüf olsun ki, hələ də medianın ağzını yummağa çaılşan ölkələr də var”.

Konfransda ATƏT-in media azadlığı üzrə Nümayəndəliyinin KİV azadlığı üzrə eksperti Kristian Müller, “Albany Associates” firmasının direktoru Duqlas Qriffin, Moskva Milli Araşdırma Universitetinin media kommunikasiya fakültəsinin dekanı, professor Anna Kaçkayeva , Tallin Texniki Universitetinin hüquq və texnologiya kafedrasının müdiri, professor Katrin Nayman və başqaları çıxış ediblər.

Sabah davam edəcək konfransda Cənubi Qafqaz ölkələrindən gələn jurnalistlər müxtəlif mövzularda məruzələrlə çıxış edəcəklər.

Qeyd edək ki, tədbirdə Azərbaycanı 14 jurnalist təmsil edir.

Konfransın sonunda medianın qarşısında duran problemlərin həllinin vacibliyi ilə bağlı Cənubi Qafqaz ölkələrinin rəhbərlərinə təqdim etmək üçün bəyannamə qəbul olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR